Türkiyənin “Trabzonspor” komandasının baş məşqçisi Fatih Tekke istefasının qəbul olunmamasından sonra açıqlama verib.
İdman.Biz "Hürriyet"ə istinadən xəbər verir ki, mütəxəssis emosional gərginlik fonunda istefa qərarı verdiyini bildirib. O, klub rəhbərliyinə və futbolçulara təşəkkür edərək komandaya inandığını vurğulayıb.
“Bu komandanın gücünə, oyunçularımın xarakterinə və birlikdə bacara biləcəklərimizə inanıram. İndi ötən gecənin üstündən xətt çəkib irəliyə baxmaq vaxtıdır”, – deyə Təkkə bildirib.
Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsində “Ferentsvaroş”a 0:4 hesabı ilə uduzduqları matçdan sonra istefa verən Tekkenin qərarı klub rəhbərliyi tərəfindən qəbul edilməyib.
