İtaliyanın “İnter” klubu Türkiyənin “Qalatasaray” komandası tərəfindən Hakan Çalhanoğlu üçün transfer təklifini qəbul etməyib.
İdman.Biz xəbər verir ki, “Qalatasaray” orta xətti gücləndirmək məqsədilə 31 yaşlı yarımmüdafiəçi üçün 15 milyon avro (təxminən 28 milyon AZN) məbləğində rəsmi təklif göndərmişdi.
İtalyanlar məbləği yetərli hesab etməyib. Milan təmsilçisi Hakan Çalhanoğlunun transferindən minimum 25 milyon avro (təxminən 46 milyon AZN) gəlir əldə etmək niyyətindədir və bu tələbi “Qalatasaray”a çatdırıb.
Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm “İnter” forması ilə bütün turnirlərdə 22 oyunda meydana çıxıb, səkkiz qol vurub və dörd məhsuldar ötürmə edib.
