CAS “Turan Tovuz”la bağlı qərarını verdi

15 İyun 2026 23:58
78
CAS “Turan Tovuz”la bağlı qərarını verdi

Bu mövsüm “Turan Tovuz” avrokuboklarda olmayacaq.

İdman.Biz bildirir ki, bu barədə “Turan-Tovuz” klubu rəsmi açıqlamasında bəyan edib.

Məlumata görə, İdman Arbitraj Məhkəməsi (CAS) klubun müraciəti ilə bağlı qərarını açıqlayıb.

Qurum UEFA Appelyasiya Orqanının klubumuz haqqında 2 iyun tarixində verdiyi qərarı qüvvədə saxlayıb.

“15 iyun tarixində verilən qərara əsasən bütün idman prinsiplərinə riayət edərək vəsiqə qazandığımız UEFA Konfrans Liqasının 2026/2027-cı illər mövsümündə iştirak etməyəcəyik”, - deyə bəyanatda vurğulanır.

İdman.Biz