Vozinyanın sosial media izləyicilərinin sayı 44 dəfə artıb - FOTO

16 İyun 2026 00:35
101
Vozinyanın sosial media izləyicilərinin sayı 44 dəfə artıb

Kabo-Verde millisinin qapıçısı Jozimar Vozinyanın sosial media izləyicilərinin sayı 2026-cı il dünya çempionatının H qrupunun ilk turunda Afrika millisinin İspaniya ilə 0:0 heç-heçə etməsindən sonra 44 dəfə artıb.

İdman.Biz bildirir ki, oyundan əvvəl futbolçunun səhifəsinin 45.000 izləyicisi var idi, lakin oyundan iki saat sonra bu rəqəm 2 milyona çatıb.

Bu arada, 2026-cı ilin ortalarına olan məlumata görə, Kabo-Verdenin əhalisinin sayı 529.500 nəfərdir.

40 yaşlı qapıçı bütün matçı oynayıb, qapısından qol buraxrmayıb, yeddi dəfə seyv edib və matçın ən yaxşı oyunçusu seçilib.

İdman.Biz