İspaniya millisinin yarımmüdafiəçisi Dani Olmo 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda Kabo-Verde ilə heç-heçədən sonra sosial media səhifəsində azarkeşlərə mesaj yazıb.
İdman.Biz bildirir ki, matç 0:0 hesabı ilə bitib.
“Debüt istədiyimiz kimi keçmədi. Nələri yaxşı etdiyimizi və nələri inkişaf etdirməli olduğumuzu başa düşürük. Dünya çempionatında səhv etməyə ixtiyarımız yoxdur. Nəyə qadir olduğumuzu göstərdik və bunu bir daha sübut edəcəyik. Buna əmin ola bilərsiniz - bu komanda ilə sona qədər gedəcəyik. İrəli, İspaniya”, - Olmo yazıb.
İspaniya oyunda 27 zərbə (yeddisi qapıya) vurub və 74% topa sahib olub. İspaniya H qrupunda oynayır və növbəti oyununu iyunun 21-də Səudiyyə Ərəbistanına qarşı keçirəcək.
