Ukraynanın “Şaxtyor Donetsk” komandasının baş məşqçisi Arda Turanın “Eyüpspor”dan yetirməsi olan Jonjo Şelvi baş məşqçi haqqında diqqətçəkən sözlər söyləyib.
İdman.Biz xəbər verir ki, Şelvi keçmiş məşqçisinin davranışları ilə bağlı danışaraq onun ofisdə siqar və alkoqolla vaxt keçirdiyini deyib.
Şelvinin sözlərinə görə, Arda Turan qeyri-adi xarakterə malik idi və gündəlik davranışları ilə diqqət çəkirdi:
“Arda Turan dəli idi, bildiyin manyak. Ofisinə girərdim, “Con, səni sevirəm, səni sevirəm” söyləyirdi. “Səndə viski var?”, - deyə soruşurdu. Çünki viskiyə çox bağlı idi. Orada ayaqlar masada, məşqdən sonra siqar və viski. Dəlilik. İngiltərədə belə bir şey heç görməmişdim”.
