İngiltərə millisinin kapitanı Harri Keyn futbol karyerasını başa vurduqdan sonra gücünü amerikan futbolunda sınamaq ehtimalını istisna etmir.
İdman.Biz xəbər verir ki, “Bavariya”nın 33 yaşlı hücumçusu hələlik dəqiq planlar qurmur.
Onun sözlərinə görə, qərar karyerasının növbəti 5-6 ilinin necə keçəcəyindən və motivasiyasının qalıb-qalmayacağından asılı olacaq. Bununla belə, Keyn NFL-də çıxış etməyi peşəkar qolf oynamaqdan daha real məqsəd hesab edir.
Futbolçu düşünür ki, penalti yerinə yetirmək təcrübəsi kiker (zərbəçi) rolunda onun işinə yaraya bilər: hər iki halda təzyiq altında topa dəqiq zərbə vurmaq lazımdır. Əgər Keyn bu keçidə qərar verərsə, hazırlığa 6 aydan 1 ilə qədər vaxt ayırmaq niyyətindədir.
Hələlik isə ingiltərəli diqqətini futbola cəmləyib və mümkün qədər uzun müddət oynamaq istəyir.
