Hazırda Niderland millisinin baş məşqçisi olan “Barselona”nın keçmiş futbolçusu və çalışdırıcısı Xavi “Qızıl top” uğrunda mübarizədə favoritlər barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, Xavinin fikrincə, Lionel Messi dünya çempionatında möhtəşəm çıxış etsə də, üstünlük son mundialın qaliblərindən birinə verilməlidir.
“Leo Messi dünya çempionatında möhtəşəm səviyyə nümayiş etdirdi. 39 yaşında onun keçirdiyi turnir sadəcə möhtəşəm, heyranedici idi... Lakin İspaniya dünya çempionudur. “Qızıl top”u İspaniya millisinin oyunçusu qazanmalıdır”, – deyə Xavi bildirib.
Xavi həmyerlisi, “Barselona” və İspaniya millisinin 19 yaşlı vingeri Lamin Yamalı da xüsusi qeyd edib:
“Lamin Yamal xüsusi oyunçudur, buna heç bir şübhə yoxdur. O, karyerası ərzində azı bir dəfə “Qızıl top”u qazanacaq və bu il də onu elə indidən qazanmaq imkanı üçün əla mövsüm keçirib”.
