Portuqaliya millisinin 41 yaşlı futbolçusu Kriştianu Ronaldu jurnalistlər və ayrı-ayrı nəşrlər tərəfindən ünvanlanan tənqidlərə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, mətbuat konfransında çıxış edən futbolçu illərdir onu alçaltmaq cəhdlərinin özünəinamına təsir etməyəcəyini deyib.
“Bilirəm ki, illərdir mənə hücum edən və məni alçaltmağa çalışan nəşrlər və jurnalistlər var. Amma bu, heç vaxt işə yaramayacaq. Məni yalnız tüfəngdən atəş açmaqla öldürmək olar, lakin bundan sonra belə bütün güllələrdən yayınacağam. Yaddaşımda hər zaman nədənsə mənə nifrət edənlər yox, məni sevən insanlar qalır”, – deyə Ronaldu bildirib.
Forvard həmyerlilərinin dəstəyini hiss etdiyini və tənqidlərin milli komandanın azarkeşləri ilə arasındakı bağı pozmasına icazə verməyəcəyini vurğulayıb.
“Portuqaliyalılardan böyük sevgi hiss edirəm. Məndən xoşlanmayan bir neçə tənqidçiyə görə onlarla aramdakı bu xüsusi bağı hiss etməkdən vaz keçməyəcəyəm. Portuqaliyadan dəstək hiss edirəm”, – deyə o əlavə edib.
Xatırladaq ki, dünən Ronaldunun Millətlər Liqasında Uelsə qarşı matçda Portuqaliya millisinin start heyətində meydana çıxacağı məlum olub.
