İspaniya La Liqasının mətbuat xidməti sentyabr ayının yekunlarına əsasən ayın ən yaxşı futbolçusu mükafatına namizədləri açıqlayıb.
İdman.Biz xəbər verir ki, mükafat uğrunda 5 futbolçu mübarizə aparacaq.
Namizədlər arasında “Rayo Valyekano”dan Serxio Kamelo (4 qol, 1 məhsuldar ötürmə), “Atletiko”dan Conatan Devid (3 qol, 1 məhsuldar ötürmə), “Barselona”dan Rafinya (7 qol, 2 məhsuldar ötürmə), “Real”dan Kilian Mbappe (3 qol, 2 məhsuldar ötürmə) və “Elçe”dən Fer Ninyo (4 qol) yer alıb.
Həmçinin ayın məşqçisi mükafatına namizəd olan 3 mütəxəssisin də adı açıqlanıb. Bunlar Hans-Diter Flik (“Barselona”), Dieqo Simeone (“Atletiko”) və Manuel Pelleqrini (“Betis”)dir.
