“Milan”ın sabiq futbolçusu Paolo Maldini Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilərək ABŞ-yə aparılmasına reaksiya verib.
İdman.Biz xəbər verir ki, 57 yaşlı əfsanəvi futbolçu fikirlərini öz sosial şəbəkə hesabında yazıb.
O, paylaşımında “27 illik diktaturadan sonra Venesuela azaddır” cümləsini yazıb.
P.Maldininin bu açıqlaması qısa müddətdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, sabiq futbolçunun Venesuela vətəndaşlığı var. Paolo Maldini Venesuelada doğulan keçmiş model Adriana Fossa ilə evlidir və onların övladları həm İtaliya, həm də Venesuela vətəndaşlığına malikdirlər.
