İspaniya milli komandası 2026-cı il 19 yaşadək oğlanlar arasında Avropa çempionatının qalibi olub.
İdman.Biz bildirir ki, onlar finalda Almaniyanı 2:0 hesabı ilə məğlub etdilər. Həlledici matç Uelsin Reksam şəhərindəki “Reyskors Qraund” stadionunda baş tutub.
İspan hücumçu Uqo Lopes ilk qolu 44-cü dəqiqədə vurub. Müdafiəçi Mario Rivas 48-ci dəqiqədə Almaniyaya qarşı ikinci qola imza atıb.
Yarımfinalda İspaniya millisi Xorvatiyanı 3:0, Almaniya isə Ukraynanı 2:1 hesabı ilə məğlub etmişdi.
Daha əvvəl İspaniya 2026-cı il 19 yaşadək qızlar arasında Avropa çempionatının finalında Almaniyanı 1:0 hesabı ilə məğlub edərək qalib gəlmişdi.
