İtaliya millisinin keçmiş oyunçusu Paolo Maldini İtaliya Futbol Federasiyasının (FIGC) yeni texniki direktoru oldu.
İdman.Biz bildirir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.
Maldininin köməkçisi “Milan”ın keçmiş oyunçusu, skautu, məşqçisi və texniki direktoru Leonardo olacaq.
Bundan əvvəl İtaliya 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off finalında Bosniya və Herseqovinaya məğlub olmuşdu (1:1, penaltilərdə 1:4). Baş məşqçi Cennaro Qattuzo istefaya göndərilmişdi. İtaliyanın dünya çempionatında sonuncu dəfə iştirakı 2014-cü ildə olub, o zaman "Azzurri" turniri qrup mərhələsində tərk etmişdi.
İtaliya milli komandası kuboku 1934, 1938, 1982 və 2006-cı illərdə qazanaraq dördqat dünya çempionudur.
