Misli Premyer Liqası post­sovet məkanının ən dəyərli futbol liqaları sırasında yer alır

Xəbərlər
5 Yanvar 2026 11:38
94
Misli Premyer Liqası post­sovet məkanının ən dəyərli futbol liqaları sırasında yer alır

Misli Premyer Liqası postsovet məkanının aparıcı liqaları sırasında top-3-ə daxil olub.

İdman.Biz “Transfermarkt”a istinadən xəbər verir ki, Misli Premyer Liqasında çıxış edən futbolçuların ümumi bazar dəyəri 125,9 milyon avro (259,9 milyon manat) qiymətləndirilir.

Bu göstərici üzrə Azərbaycan çempionatı üçüncü yerdədir, yalnız Rusiya və Ukraynadan geri qalır, amma Özbəkistan, Qazaxıstan və Belarus kimi liqaları qabaqlayır.

Qeyd edək ki, Misli Premyer Liqasının yüksək mövqeyi klubların Avrokuboklarda sabit iştirakına, legionerlərin transfer dəyərinin artmasına və çempionatın rəqabətədavamlı səviyyəsinin qorunmasına əsaslanır.

İdman.Biz