Mahir Emrelinin son durumu müəyyənləşdi - VİDEO

2 Yanvar 2026 13:20
368
Mahir Emrelinin son durumu müəyyənləşdi - VİDEO

Almaniya İkinci Bundesliqasının 12-ci turunda “Herta”ya (Berlin) 0:1 hesabı ilə uduzduqları görüşdə zədələnən “Kayzerslautern”in və millimizin futbolçusu Mahir Emrelinin bərpa prosesi daha da sürətli gedir.

İdman.Biz prosport.az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu artıq fərdi məşqlərə başladığı üçün vaxtından əvvəl meydana qayıda bilər.

O, gələn həftə topla məşqlərə start verəcək. Azərbaycan millisinin üzvünün ən pis halda çempionatın qarşıdakı iki turunu buraxacağı ehtimal edilir.

İkinci Bundesliqanın növbəti turuna yanvarın 16-da start veriləcək.

@idman.biz

Almaniya İkinci Bundesliqasının 12-ci turunda "Herta"ya (Berlin) 0:1 hesabı ilə uduzduqları görüşdə zədələnən "Kayzerslautern"in və millimizin futbolçusu Mahir Emrelinin bərpa prosesi daha da sürətli gedir. İdman.Biz prosport.az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu artıq fərdi məşqlərə başladığı üçün vaxtından əvvəl meydana qayıda bilər. #futbol #football #bundesliga #mahiremreli

♬ Idman və Biz - orijinal ses - Idman və Biz
İdman.Biz