“İmişli”nin rəqibləri bəlli oldu

14 İyul 2026 20:32
43
“İmişli”nin rəqibləri bəlli oldu

“İmişli”nin yay hazırlıq planı müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bölgə təmsilçisi 2026/2027 mövsümünə hazırlığa iyulun 8-dən start verib. Komanda hazırlığın ilk mərhələsini iyulun 27-dək Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçirəcək.

Bu müddətdə “İmişli” iyulun 17-də “Şəfa”, iyulun 21-də “Qarabağ-2”, iyulun 24-də isə “Araz Naxçıvan”la yoxlama oyunlarında qüvvəsini sınayacaq.

İyulun 27-də komanda Yevlaxa yollanacaq və iyulun 28-də “Karvan-Yevlax”la yoxlama görüşü keçirəcək. Ardınca kollektiv Qəbələyə yollanaraq hazırlığın ikinci mərhələsinə başlayacaq. Təlim-məşq toplanışı avqustun 3-dək davam edəcək. Bu mərhələdə iyulun 31-də “Qəbələ”, avqustun 3-də isə “Sumqayıt”la yoxlama oyunları keçiriləcək.

Hazırlıq çərçivəsində son yoxlama görüşü avqustun 8-də Bakıda baş tutacaq. Həmin oyundakı rəqibin adı daha sonra açıqlanacaq.

İdman.Biz