Anqolalı futbolçu Aleksandr Abelin yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa”ya transferi baş tutmayıb.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, buna müdafiəçinin tibbi müayinədən keçə bilməməsi səbəb olub.
“Şəfa” ilə bir illik müqavilə şərtlərində anlaşan və Bakıya dəvət olunan oyunçuda zədə aşkarlanıb. Bu səbəbdən afrikalı futbolçu geri göndərilib.
Qeyd edək ki, müqavilə ilə Anqolanın “Saqrada” klubuna məxsus olan Aleksandr Abel ötən mövsümü icarə əsasında Portuqaliyanın “Portimonense” komandasında keçirib.
