“Araz-Naxçıvan” FK Mara Mohamedini heyətinə qatıb

14 İyul 2026 16:50
74
“Araz-Naxçıvan” FK Mara Mohamedini heyətinə qatıb

“Araz-Naxçıvan” qvineyalı futbolçu Mara Mohamedi heyətinə qatıb.

İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.

30 yaşlı hücumçu ilə bir illik müqavilə imzalanıb.

O, müxtəlif illərdə Fransanın “Loryan”, “Paris”, “Thonon Evian”, “Martiques”, “Stad Brioşan”, “Hyeres 83”, eləcə də Taylandın “Ratçaburi”, “Kançanaburi” klublarında çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Artur Auqusto Da Silva, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

İdman.Biz