“Xankəndi” üç futbolçusu ilə yollarını ayırıb

14 İyul 2026 15:45
60
“Xankəndi” üç futbolçusu ilə yollarını ayırıb

Birinci Liqada debüt etməyə hazırlaşan “Xankəndi” futbol klubu üç futbolçu ilə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, klub qarşılıqlı razılıq əsasında Elvin Nəsibov, Elmar Rəhimov və Hüseyn Hüseynli ilə vidalaşıb.

Qeyd edək ki, “Xankəndi” yeni mövsümdən etibarən Birinci Liqada mübarizə aparacaq.

İdman.Biz