DİN: “Qarabağ” - “Neftçi” matçında insident yaratmağa çalışan 19 nəfər saxlanılıb - VİDEO

18 Oktyabr 2026 00:36
585
DİN: “Qarabağ” - “Neftçi” matçında insident yaratmağa çalışan 19 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” futbol oyunu ərəfəsində və qarşılaşmadan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İdman.Biz-ə verilən məlumata görə, həmin şəxslər barəsində aidiyyəti polis orqanında məsuliyyət tədbirləri görülür.

Qeyd edək ki, Misli Premyer Liqasının səkkizinci turunda keçirilən “Qarabağ” – “Neftçi” qarşılaşması 3:3 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz