“CBC Sport” TNS - “Sabah” matçını canlı yayımlayacaq

14 İyul 2026 16:58
99
“CBC Sport” TNS - “Sabah” matçını canlı yayımlayacaq

Azərbaycanın “Sabah” futbol klubu bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Uels təmsilçisi TNS-in qonağı olacaq.

İdman.Biz xəbər verir ki, Bakı klubunun UEFA Çempionlar Liqasındakı taleyinə aydınlıq gətirəcək qarşılaşmanı azarkeşlər saat 21:30-da “CBC Sport” telekanalında canlı izləyə biləcəklər.

Qeyd edək ki, bu gün bəzi kütləvi informasiya vasitələrində oyunun televiziya vasitəsilə yayımlanmayacağı barədə iddialar səsləndirilmişdi. Lakin qarşılaşmanın “CBC Sport”un efirində canlı təqdim olunacağı dəqiqləşib.

Məlumat üçün əlavə edək ki, bir həftə əvvəl Bakıda baş tutan oyunda İlk “Sabah” rəqibini 2:0 hesabı ilə məğlub etmişdi.

İdman.Biz