“Kəpəz”in baş məşqçisi: “Qış fasiləsindən maksimum yararlanmağa çalışacağıq”

Xəbərlər
29 Dekabr 2025 17:16
49
“Kəpəz”in baş məşqçisi: “Qış fasiləsindən maksimum yararlanmağa çalışacağıq”

“Kəpəz” klubu qış fasiləsindən maksimum yararlanmağa çalışacaq.

Bunu Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov deyib.

O, komandanın hazırda istirahət etdiyini bildirib.

“Hələ ki, komanda istirahətdədir. Yeni ildə toplaşacağıq. Ümid edirik ki, qış fasiləsində gücümüzə güc qatacağıq. Çatışmazlıqları aradan qaldırmaq istəyirik. Heyəti gücləndirməklə bağlı işlər davam etdirilir. Danışıq apardığımız oyunçular var. “Turan Tovuz” klubundan ayrılan Veysəl Rzayevi heyətə qatmışıq. İnanırıq ki, o, yarımmüdafiədə yaxşı işlər görəcək”, - deyə o, “Report”a açıqlamasında bildirib.

Qeyd edək ki, “Kəpəz” Misli Premyer Liqasının 2025/2026 mövsümünün ilk yarısını 9 xalla onuncu sırada tamamlayıb.

İdman.Biz