AFFA Hakimlər Komitəsi “Karvan-Yevlax”ın məşqçi və futbolçu heyəti üçün seminar təşkil edib.
İdman.Biz xəbər verir ki, bu barədə “Karvan-Yevlax” Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, komitə üzvü Ceyhun Haşımov kollektivi oyun qaydalarındakı yeniliklərlə tanış edib.
O, vaxt itkisinin bərpası, oyundankənar vəziyyət, oyunun bərpasının gecikdirilməsi, geyim standartları barədə ətraflı məlumat verib.
Qeyd edək ki, seminarın ikinci hissəsində müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub.
