Azərbaycan millisi Şimali Makedoniya komandasına qalib gəldi - YENİLƏNİB + VİDEO

3 Mart 2026 16:58
309
Azərbaycan millisi Şimali Makedoniya komandasına qalib gəldi - YENİLƏNİB + VİDEO

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinin ilk oyununda Şimali Makedoniya yığması ilə üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, “Dalğa Arena”da baş tutan qarşılaşma yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Anna Adamskayanın idarə etdiyi görüşdə qolları komandanın kapitanı Sevinc Cəfərzadə (28 və 78-ci dəqiqələr) vurub.

Qeyd edək ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda növbəti matçını martın 7-də Macarıstan millisinə qarşı keçirəcək.

09:32

Bu gün Azərbaycanın qadın futbolçulardan ibarət milli komandası 2027-ci il dünya çempionatının seçmə mərhələsində mübarizəyə start verəcək.

İdman.Biz xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda C Liqasının üçüncü qrupunda Şimali Makedoniya ilə qarşılaşacaq.

Görüş saat 15:00-da “Dalğa Arena”da keçiriləcək və oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Anna Adamskaya meydanda Yulia Bukaroviç və Angelika Novak kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mixalina Diakov yerinə yetirəcək.

İdman.Biz