Dünyanın ən yaşlı futbolçusu peşəkar müqaviləsini daha bir il uzadıb

3 Mart 2026 09:56
97
Dünyanın ən yaşlı futbolçusu peşəkar müqaviləsini daha bir il uzadıb

58 yaşlı yapon hücumçu Kazuyoşi Miura “Fukushima United”dlə müqaviləsini daha bir il uzadıb.

İdman.Biz xəbər verir ki, futbol karyerasını davam etdirən Kazuyoşi Miura fikirlərini Derbyderbyderby.it portalına açıqlayıb.

Təcrübəli hücumçu yaşına baxmayaraq motivasiyasını qoruduğunu bildirib:

“Futbola olan ehtirasım yaşımın neçə olmasından asılı olmayaraq dəyişmir”.

Qarşıdan gələn mövsüm Miura üçün karyerasında 41-ci olacaq. O, peşəkar səviyyədə çıxışlarına 1986-cı ildə başlayıb.

İdman.Biz