Ukrayna U-15 millisinin yarımmüdafiəçisi Miroslav Vaskovski karyerasını “Liverpul”un aşağı yaş qruplarında davam etdirəcək.
İdman.Biz xəbər verir ki, 14 yaşlı futbolçunun transferini klubunun mətbuat xidməti açıqlayıb.
“Liverpul” Vaskovskinin Avstriyanın “Austria” klubundan İngiltərəyə keçidi ilə bağlı bütün sənədləşmə işlərini tamamlayıb.
Gənc futbolçu Kiyev “Lokomotiv”inin yetirməsidir.
Vaskovski 2022-ci ildə “Austria”ya qoşulub, 2025-ci ilin iyul ayından isə “Liverpul” akademiyasında hazırlıq keçib. Dekabrın sonunda “qırmızılar” bütün formalıqları həll edərək transferi rəsmiləşdirib.
