İspaniya La Liqası: “Betis” “Xetafe”ni darmadağın etdi

Xəbərlər
22 Dekabr 2025 02:43
39
İspaniya La Liqası: “Betis” “Xetafe”ni darmadağın etdi

İspaniya La Liqasının 17-ci turunda “Betis” doğma meydanda “Xetafe” üzərində inamlı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, Sevilyada keçirilən qarşılaşma ev sahiblərinin 4:0 hesablı üstünlüyü ilə başa çatıb.

“Betis”in heyətində Aytor Ruibal dubla imza atıb. Digər qolları Xuan Kamilo Ernandes və Pablo Fornals vurublar.

Görüş zamanı VAR müdaxiləsindən sonra hər iki komandanın bir qolu ləğv edilib. Matçın son dəqiqələrində, 89-cu dəqiqədə “Xetafe”nin hücumçusu Borxa Mayoral penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Bu nəticə ilə “Xetafe” bütün turnirlərdə ardıcıl dördüncü məğlubiyyətini alıb və 17 oyundan sonra 20 xalla La Liqa cədvəlinin 11-ci pilləsində qərarlaşıb. “Betis” isə 28 xalla 6-cı yerdə mövqeyini möhkəmləndirib.

İdman.Biz