“Sabah” futbolçusu Oluvasen Timilehinlə yollarını ayırıb.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, 21 yaşlı nigeriyalı hücumçu karyerasını Kosovoda davam etdirəcək.
O, “Ferizaj” klubuna transfer olunub.
Tərəflər arasında üç illik müqavilə imzalanıb.
Qeyd edək ki, Oluvasen Timilehin əsasən “Sabah-2”nin formasını geyinib. Nigeriyalı futbolçu “bayquşlar”ın əsas komandasında cəmi iki matçda meydana çıxıb.
Timilehin 2025-ci ildə isə ”İmişli”yə icarəyə verilib.
