Futbol üzrə Azərbaycan millisi Millətlər Liqasında Litvaya qarşı evdə keçirəcəyi oyunöncəsi açıq məşqi baş tutub.
İdman.Biz xəbər verir ki, ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olan hazırlıq prosesi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
Komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında məşqə isinmə hərəkətləri ilə başlayıb. Daha sonra futbolçular topla çalışmalara və müxtəlif təmrinlərin yerinə yetirilməsinə keçid ediblər.
Qeyd edək ki, D Liqasının ikinci qrupunun Azərbaycan - Litva oyunu oktyabrın 4-də, saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.
