Azərbaycan futbol millisinin üzvü Rüfət Abbasov UEFA Millətlər Liqasında Litvaya qarşı keçirəcəkləri cavab oyunu barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, futbolçu matçın çətin keçəcəyini bildirib.
“Sabah bizi Litva komandasına qarşı çox çətin oyun gözləyir. Yalnız bir düşüncəmiz var ki, qələbə qazanmalıyıq. Komandaya inanıram, çox yaxşı hazırlaşmışıq. İnşallah, sabah qələbə qazanmalıyıq”.
Qeyd edək ki, D Liqasının ikinci qrupunun Azərbaycan - Litva oyunu oktyabrın 4-də, saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.
