Türkiyə Super Liqası: “Qalatasaray” ilk dövrəni lider kimi başa vurdu - VİDEO

Xəbərlər
21 Dekabr 2025 23:23
31
Türkiyə Super Liqası: “Qalatasaray” ilk dövrəni lider kimi başa vurdu - VİDEO

Türkiyə Super Liqasında ilk dövrənin son oyununda lider “Qalatasaray” doğma meydanda “Kasımpaşa”nı 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, 17-ci tur çərçivəsində keçirilən qarşılaşmada “sarı-qırmızılılar” üstün oyun nümayiş etdirib. “Qalatasaray”ın qollarını Yunus Akgün, Qabriel Sara və Mauro İkardi vurub.

Bu qələbə sayəsində "Qalatasaray" xal ehtiyatını 42-yə çatdıraraq çempionatın ilk yarısını lider mövqedə tamamlayıb. “Kasımpaşa” isə 15 xalla turnir cədvəlinin 14-cü sırasında yer alıb.

İdman.Biz