Türkiyənin “Samsunspor” klubunun komandası nümunəvi davranışı ilə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, səfər zamanı yol kənarında komanda avtobusunu gözləyən balaca azarkeş “qırmızı-ağlar” tərəfindən unudulmaz anlarla sevindirilib.
“Samsunspor”un komanda avtobüsü yol kənarında dayanan azyaşlı fanatı görərək hərəkəti saxlayıb. Futbolçular və klub nümayəndələri balaca azarkeşə yaxınlaşaraq onunla ünsiyyət qurub, xatirə şəkilləri çəkdirib və sürpriz ediblər.
Bu jest sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb və “Samsunspor”un azarkeşlərlə olan səmimi münasibətinin daha bir nümunəsi kimi qiymətləndirilib.
