Abdullah Zubir Misli Premyer Liqada 200-cü oyununu keçirib.
İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının 15-ci turuna təsadüf edib.
Fransalı yarımmüdafiəçi 200-cü oyununu Misli Premyer Liqasının 15-ci turunda “Araz-Naxçıvan”la matçda əvəzedici kimi meydana çıxmaqla keçirib.
Qeyd edək ki, Misli Premyer Liqada 2018/2019 mövsümündə debüt edən Abdullah Zubir ölkəmizdə yalnız “Qarabağ” forması geyinib. O, Azərbaycan çempionatlarında keçirdiyi 200 oyunda 52 qol vurub. O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 158-ci futbolçu olub.
