“Şahdağ Qusar”ı çətinliklə məğlub etdik. Bunu da əvvəlcədən bilirdik. Çunki rəqib əzmkar, yaxşı təşkilatlanmış komandadır. Buna baxmayaraq, istədiyimiz oyunu nümayiş etdirərək lazımlı qolları vura bildik”.
Bu sözləri “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli deyib.
Gənc mütəxəssis komandasının Birinci Liqanın IX turunda “Şahdağ Qusar”la matçını şərh edib.
“Çalışırıq ki, əsas öz oyunumuza köklənək. Rəqiblərimizin nəticələrinə diqqət ayırası olsaq, qarşıdakı matçlara var gücümüzlə hazırlaşmağa vaxtımız olmaz. “Səbail” ilə aramızdakı 5 xal fərq var ki, bu elə də çox deyil. Çalışacağıq qışa qədər ən azı bu xal fərqini qoruyub saxlayaq. Yanvardan sonra isə 15 oyun olacaq. Hər bir matçın öz hekayəsi var. İndidən çempionluq haqda danışmaq tezdir”, - deyə o, sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, I Liqada IX turdan sonra aktivində 23 xal olan “Şəfa” vahid liderdir.
