“Barselona”nın baş məşqçisi Hans-Diter Flik müdafiəçi Ronald Arauxonun oynamasına mane olacaq “şəxsi problem”nin olduğunu deyib.
İdman.Biz bildirir ki, Flik jurnalistləri və azarkeşləri Arauxoya hörmət göstərməyə çağırıb.
Lakin “Alaves”lə oyundan (3:1) əvvəl Flik Arauxonun bağırsaq infeksiyası səbəbindən oyunu buraxacağını bildirmişdi.
Jurnalist Fabritsio Romano Flikin sosial media səhifəsində dediyi sözləri sitat gətirib: “Ronald Arauxo oynaya bilmir, onun şəxsi problemi var... Xahiş edirəm ona hörmətlə yanaşın”.
Daha əvvəlki xəbərlərdə Arauxonun Çempionlar Liqasında “Çelsi” ilə oyunda (0:3) qırmızı vərəqə alması səbəbindən depressiyaya düşdüyü bildirilirdi. Onun çıxmasından sonra “blauqrana” iki qol buraxmışdı.
