Karlo Ançelotti Neymar və Vinisius üçün DÇ-2026 şərtini açıqladı

Xəbərlər
1 Dekabr 2025 16:58
22
Karlo Ançelotti Neymar və Vinisius üçün DÇ-2026 şərtini açıqladı

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatında iştirak edəcək heyət üçün şərtlərini açıqlayıb.

İdman.Biz xəbər verir ki, Ançelotti xüsusilə Neymar və Vinisius Juniurun adlarını çəkərək qeyd edib ki, əgər Vinisius Juniur 90 faiz formadadırsa, onun əvəzinə 100 faiz hazır olan başqa futbolçu çağırılacaq.

Baş məşqçi açıqlamasında vurğulayıb ki, Braziliya millisinin hücum xətti çox rəqabətlidir və yalnız tam fiziki hazır vəziyyətdə olan oyunçular heyətə düşə bilərlər.
Son iki ildə ardıcıl zədələr səbəbindən Neymar milli komandadan uzaq qalıb. O, son dəfə 2023-cü ilin oktyabrında Uruqvaya qarşı keçirilmiş matçda forma geyinmişdi.
33 yaşlı hücumçu hazırda sol dizindəki menisküs problemi ilə mübarizə aparır və ilin sonunda artroskopik əməliyyata ehtiyac duyacağı gözlənilir. Buna baxmayaraq, o, ötən həftə “Santos”un “Sport” üzərində 3:0 hesablı qələbəsində meydana çıxaraq qol da vurub.

Neymar matçdan sonra açıqlamasında özünü getdikcə daha yaxşı hiss etdiyini bildirib və hazırda diqqətini “Santos”u liqada təhlükəsiz mövqeyə çıxarmağa yönəltdiyini deyib.

İdman.Biz