Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsindəki sonuncu oyununda məğlub olub - YENİLƏNİB

1 Dekabr 2025 16:54
190
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsindəki sonuncu oyununda məğlub olub - YENİLƏNİB

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi 2026-cı il Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, B Liqasının V qrupunda Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan milli 0:4 hesabı ilə məğlub olub.

Oyun Şimali Makedoniyanın Strumitsa şəhərindəki “Kukus” stadionunda keçirilib.

Qeyd edək ki, U-19 daha əvvəl qrupda keçirdiyi görüşlərdə Sloveniyaya 0:2, Şimali Makedoniyaya isə 1:3 hesabı ilə uduzub.

09:27

Bu gün Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi 2026-cı il Avropa çempionatının seçmə mərhələsində sonuncu matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, B Liqasının V qrupunda yer alan komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

Oyun Şimali Makedoniyanın Strumitsa şəhərindəki “Kukus” stadionunda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qarşılaşmanı maltalı referi Yoanna Vassallo idarə edəcək.

Qeyd edək ki, U-19 daha əvvəl qrupda keçirdiyi görüşlərdə Sloveniya 0:2, Şimali Makedoniyaya isə 1:3 hesabı ilə uduzub.

İdman.Biz