Bu gün Misli Premyer Liqasının XIII turunun oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, tura Yevlaxda start veriləcək.
İlk oyunda “Kəpəz” “Zirə”ni qəbul edəcək. Gəncə təmsilçisi 6 xalla 10-cu, "Zirə" isə 23 xalla ikinci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
II dövrə, XIII tur
28 noyabr (cümə)
14:00. “Kəpəz” - “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Yevlax şəhər stadionu
Qeyd edək ki, XIII tura noyabrın 30-da yekun vurulacaq.
