“Yuventus” və “Milan” altıqat İngiltərə çempionunu almaq istəyirlər

Xəbərlər
28 Noyabr 2025 08:14
18
“Yuventus” və “Milan” altıqat İngiltərə çempionunu almaq istəyirlər

Son həftələrdə “Yuventus” və “Milan” klubları 31 yaşlı yarımmüdafiəçi Bernardo Silvanın “Mançester Siti”dəki vəziyyəti ilə maraqlanıblar. Bernardo Silvanın müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Bu barədə İdman.Biz “Calciomercato”ya istinadən məlumat verir.

Mənbənin məlumatına əsasən, “Siti” klubu hazırda portuqaliyalı oyunçunun müqaviləsini uzatmaq planında deyil. Lakin Silvanın İtaliya nəhənginə potensial transferi onun 10,1 milyon avroluq maaşı ilə çətinləşir.

Yarımmüdafiəçi 2017-ci ilin yayından bəri “Mançester Siti”də oynayır və bu müddət ərzində o, altı dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 32 milyon avrodur.

İdman.Biz