“Qarabağ” yoxlama oyununda “Neftçi”yə qalib gəlib - YENİLƏNİB + FOTO/VİDEO

12 Yanvar 2026 19:56
348
“Qarabağ” yoxlama oyununda “Neftçi”yə qalib gəlib

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununda qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, “Gloria Sports Arena”da Özbəkistanın “Neftçi” (Fərqanə) komandası ilə qarşılaşan "köhlən atlar" 5:0 hesablı qələbə qazanıblar.

Ağdamlıların heyətində Marko Yankoviç (3, 29), Leandro Andrade (8), Joni Montiel (10) və Nəriman Axundzadə (71) fərqləniblər.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin növbəti sınağı yanvarın 16-da, Polşanın “Zaqlebie Lubin” kollektivinə qarşı olacaq.

19:43

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Zirə” ilk yoxlama oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, Antalya şəhərində Rumıniyanın “Çiksereda” kollektivi ilə qarşılaşan Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv rəqibi ilə 3:3 hesablı heç-heçə edib.

Azərbaycan təmsilçisinin qollarını Namik Ələskərov (10) və Rövlan Muradov (17, 45 - hər ikisi penalti) vurublar.

“Zirə” yanvarın 16-da Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.

19:26

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sumqayıt” növbəti yoxlama oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Serbiyanın OFK (Belqrad) kollektivi ilə qarşılaşan “gənclik şəhəri” təmsilçisi 1:4 hesabı ilə uduzub.

Azərbaycan klubunun qolunu 4-cü dəqiqədə Aleksandr Ramalinqom vurub.

Qeyd edək ki, “Sumqayıt” ilk yoxlama matçında Macarıstanın “Pakş” komandasına məğlub olmuşdu - 1:5.

09:12

Bu gün Türkiyənin Antalya bölgəsində hazırlıq prosesini davam etdirən “Qarabağ”, “Zirə” və “Sumqayıt” növbəti yoxlama oyunlarına çıxacaqlar.

İdman.Biz xəbər verir ki, Ağdam klubu Özbəkistanın “Neftçi” (Fərqanə) komandası ilə qarşılaşacaq.

“Zirə” Rumıniyanı təmsil edən “Çiksereda” ilə üz-üzə gələcək, “Sumqayıt” isə Serbiyanın OFK (Belqrad) kollektivi ilə gücünü sınayacaq.

Qeyd edək ki, “Sumqayıt” ilk yoxlama matçında Macarıstanın “Pakş” komandasına uduzub - 1:5.

İdman.Biz