Xabi Alonso “Real Madrid”in baş məşqçisi postundan gedib

Xəbərlər
12 Yanvar 2026 21:21
69
Xabi Alonso “Real Madrid”in baş məşqçisi postundan gedib

Xabi Alonso “Real Madrid”in baş məşqçisi vəzifəsindən ayrılıb.

İdman.Biz bildirir ki, Madrid klubu ispaniyalı mütəxəssislə qarşılıqlı razılaşma əsasında yollarını ayırmaq qərarına gəldiyini açıqlayıb.

“Real Madrid” futbol klubu, Xabi Alonso ilə qarşılıqlı razılaşma əsasında onun əsas komandanın baş məşqçisi vəzifəsinə son qoymaq qərarının verildiyini elan edir. Xabi Alonso həmişə bütün “Real Madrid” azarkeşləri tərəfindən seviləcək, çünki o, “Real Madrid”in əfsanəsidir və həmişə klubumuzun dəyərlərini təcəssüm etdirib. “Real Madrid” həmişə onun evi olacaq.

Klubumuz Xabi Alonsoya və bütün məşqçi heyətinə bu müddət ərzində göstərdikləri iş və fədakarlığa görə təşəkkür edir və onlara həyatlarının növbəti fəslində ən yaxşı arzularını bildirir”, - deyə “Real Madrid”in rəsmi saytında yerləşdirilən açıqlamada bildirilir.

Alonso 2025-ci ilin yayından “Real Madrid”ə rəhbərlik edirdi. Xabi ilə 30 iyun 2028-ci ilə qədər müqavilə imzalanmışdı.

İdman.Biz
Məqalədə: