Ballak gənc istedad Karlın “Real” arzusu barədə danışdı

Xəbərlər
12 Yanvar 2026 15:42
44
Ballak gənc istedad Karlın “Real” arzusu barədə danışdı

17 yaşlı istedad Lennart Karlın agenti, almaniyalı keçmiş futbolçu Mixail Ballak futbolçunun “Real”da oynamaq arzusu ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

İdman.Biz xarici KİV-ə istyinadən xəbər verir ki, M.Ballakın sözlərinə görə, Karl yüksək futbol keyfiyyətlərinə malikdir, lakin hələ karyerasının əvvəlində olan gənc oyunçudur.

Ballak qeyd edib ki, Lennart inkişaf, formalaşma və böyümə mərhələsindədir.

Agent hesab edir ki, futbolçudan arzuları barədə soruşulduqda, onları açıq şəkildə ifadə etməsi tamamilə normaldır.

Ballak bu açıqlamanı zərərsiz və kontekstdən çıxarılmamalı olan bir fikir kimi dəyərləndirib.

O vurğulayıb ki, Karl “Bavariya”da karyerasına möhtəşəm start verib.

Agentin sözlərinə görə, məhz “Bavariya” Lennartın xəyal klubudur və futbolçu bunu dəfələrlə özü də dilə gətirib.

Ballak xatırladıb ki, ötən yay Münhendə futbolçunun gələcəyi ilə bağlı aparılan danışıqlarda Karl kluba olan bağlılığını açıq şəkildə ifadə edib.

Gənc futbolçu bildirib ki, uşaq komandalarından başlayaraq məhz “Bavariya”da yetişib və ilk böyük uğurlarını da burada qazanıb.

Ballak əlavə edib ki, onların məqsədi gənc oyunçuların şəxsiyyətini erkən yaşda süni şəkildə formalaşdırmaq deyil, əksinə, azarkeşlərin özlərini eyniləşdirə biləcəyi səmimi və təbii futbolçular yetişdirməkdir.

İdman.Biz