Konfrans Liqası: “Strasburq” və “Şaxtyor”dan əzmkar qələbə, “Samsunspor”dan xal itkisi - YENİLƏNİB

28 Noyabr 2025 02:38
243
Konfrans Liqası: “Strasburq” və “Şaxtyor”dan əzmkar qələbə, “Samsunspor”dan xal itkisi - YENİLƏNİB

Konfrans Liqasının ümumi mərhələsinin dördüncü turunda 18 oyun keçirilib.

“Strasburq” öz meydançasında “Kristal Palas”ı qəbul edib.

İdman.Biz bildirir ki, oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların yarımmüdafiəçisi Tirek Mitçell 35-ci dəqiqədə hesabı açıb. “Strasburq”un hücumçusu Emanuel Emeqa 53-cü dəqiqədə bərabərlik qolunu vurub. 77-ci dəqiqədə yarımmüdafiəçi Samir El-Murabe yekun hesabı müəyyən edib – 2:1.

Növbəti turda “Strasburq” “Aberdin”lə (11 dekabr), “Kristal Palas” isə “Şelburn”la (11 dekabr) qarşılaşacaq.

“Aberdin” (Şotlandiya) - “Noa” (Ermənistan) - 1:1
Qollar: Kevin Nisbet (45); Nardin Mulahuseynoviç (52)

“Breydablik” (İslandiya) - “Samsunspor” (Türkiyə) - 2:2
Qollar: David İnqvarson (22), Kristofer Kristinsson (72); Marius Muandilmaci (20, 55)

“Drita” (Kosovo) - “Şkendiya” (Şimali Makedoniya) - 1:0
Qollar: Arb Manay (20)

“Fiorentina” (İtaliya) - “AEK Afina” (Yunanıstan) - 0:1
Qollar: Miyat Qaçinoviç (35)

“Yagelloniya” (Polşa) - KuPS (Finlandiya) - 1:0
Qollar: Afimiku Pululu (51)

“Legiya” (Polşa) - “Sparta Praqa” (Çexiya) - 0:1
Qollar: Anxelo Presiado (41)

“Riyeka” (Xorvatiya) - AEK (Kipr) - 0:0

“Şemrok Rovers” (İrlandiya) - “Şaxtyor Donetsk” (Ukrayna) - 1:2
Qollar: Kauan Elias (23), Yeqor Nazarina (77); Konnor Melli (87)

00:29

UEFA Konfrans Liqasının əsas mərhələsinin IV turunun oyunları keçirilir.

İdman.Biz bildirir ki, “Omoniya” və “Dinamo Kiyev” komandalarının oyununda meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər.
Oyundakı ilk qolu Kipr komandasının yarımmüdafiəçisi Villi Semedo 34-cü dəqiqədə penaltidən vurub. İkinci hissədə, 59-cu dəqiqədə Omoniyanın hücumçusu Angelos Neofitou komandasının üstünlüyünü artırıb.

Dörd turdan sonra “Omoniya” Konfrans Liqasının turnir cədvəlində beş xalla 18-ci yerdədir. “Dinamo Kiyev” üç xal qazanıb və 27-ci yerdədir.

Digər oyunlar belə nəticələnib:

“AZ Alkmaar” (Niderland) - “Şelburn” (İrlandiya) - 2:0
Qollar: Mes de Vit (70), İsak Yensen (86)

“Hamrun” (Malta) - “Linkoln Red İmps” (Cəbəllüttariq) - 3:1
Qollar: Muad El-Fanis (65), Semir Smaylaqiç (74), Ante Çoriç (90+2; Bernardu Lopeş (57)

“Lex” (Polşa) - “Lozanna” (İsveçrə) - 2:0
Qollar: Taufik İsmaiil (67), Yannik Aqnero (90+5)

“Rakuv” (Polşa) - “Rapid” (Avstriya) - 4:1
Qollar: Conatan Breut Brunes (27), Lamin Diabi-Fadiqa (40, 51, 53); Janis Antist (75)

“Siqma Olomouts” (Çexiya) - “Selye” (Sloveniya) - 2:1
Qollar: Abubakar Qali (8, 42); İvitsa Vidoviç (29)

“Slovan Bratislava” (Slovakiya) - “Rayo Valyekano” (İspaniya) - 2:1
Qollar: Quram Kaşiya (49), Alasana Yiracanq (52); Fran Peres (24)

“Universitatya” (Rumıniya) - “Maynts” (Almaniya) - 1:0
Qollar: Əssad Əl Hamlavi (67)

“Zrinski” (Bosniya və Herseqovina) - “Hekken” (İsveç) - 2:1
Qollar: Mario Çuje (78), Nemanya Bilbiya (82); Silas Andersen (40)

09:32

Bu gün UEFA Konfrans Liqasının əsas mərhələsinin IV turu baş tutacaq.

İdman.Biz xəbər verir ki, IV turda 18 qarşılaşma keçiriləcək.

IV tur çərçivəsində baş tutacaq qarşılaşmaların siyahısını təqdim edirik:

UEFA Konfrans Liqası
Əsas mərhələsi
IV tur
27 noyabr

21:45. “AZ Alkmaar” (Niderland) - “Şelburn” (İrlandiya)
21:45. “Hamrun” (Malta) - “Linkoln Red İmps” (Cəbəllüttariq)
21:45. “Lex” (Polşa) - “Lozanna” (İsveçrə)
21:45. “Omoniya” (Kipr) - “Dinamo Kiyev” (Ukrayna)
21:45. “Rakuv” (Polşa) - “Rapid” (Avstriya)
21:45. “Siqma Olomouts” (Çexiya) - “Selye” (Sloveniya)
21:45. “Slovan Bratislava” (Slovakiya) - “Rayo Valyekano” (İspaniya)
21:45. “Universitatya” (Rumıniya) - “Maynts” (Almaniya)
21:45. “Zrinski” (Bosniya və Herseqovina) - “Hekken” (İsveç)
23:59. “Aberdin” (Şotlandiya) - “Noa” (Ermənistan)
23:59. “Breydablik” (İslandiya) - “Samsunspor” (Türkiyə)
23:59. “Drita” (Kosovo) - “Şkendiya” (Şimali Makedoniya)
23:59. “Fiorentina” (İtaliya) - “AEK Afina” (Yunanıstan)
23:59. “Yagelloniya” (Polşa) - KuPS (Finlandiya)
23:59. “Legiya” (Polşa) - “Sparta Praqa” (Çexiya)
23:59. “Riyeka” (Xorvatiya) - AEK (Kipr)
23:59. “Şemrok Rovers” (İrlandiya) - “Şaxtyor Donetsk” (Ukrayna)
23:59. “Strasburq” (Fransa) - “Kristal Pelas” (İngiltərə)

İdman.Biz