Raul Asensio ailəsindəki itkiyə baxmayaraq oyuna çıxıb - FOTO

Xəbərlər
27 Noyabr 2025 09:56
22
Raul Asensio ailəsindəki itkiyə baxmayaraq oyuna çıxıb - FOTO

“Real Madrid” futbol komandasının müdafiəçisi Raul Asensio matçdan bir gün əvvəl babasının vəfat etməsinə baxmayaraq, komandadan ayrılmayıb və Yunanıstanda keçirilən qarşılaşmada iştirak edib.

İdman.Biz xəbər verir ki, futbolçunun ailəsindəki bu ağır itkini klub heyətindən heç kim bilməyib. Asensio hadisə barədə məlumatı yalnız görüş başa çatdıqdan sonra sosial şəbəkə hesabında paylaşdığı storidə açıqlayıb.

Mətbuatda yayılan məlumatlara görə, İspaniya təmsilçisinin baş məşqçisi Xabi Alonsonun sərəncamında mərkəz müdafiəçisi çatışmazlığı olduğundan, Raul Asensio səfərdən imtina etməyib və komandasına kömək etməyi üstün tutub. Onun matçda iştirakı həm heyət, həm də azarkeşlər tərəfindən xüsusi qətiyyət nümunəsi kimi dəyərləndirilib.

İdman.Biz

Məqalədə: