Almaniyanın "Bavariya" klubu Bundesliqanın 16-cı turunda doğma meydanda "Volfsburq" üzərində inamlı qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, Münhen təmsilçisi rəqibini 8:1 hesabı ilə məğlub edib.
Qalib komandanın heyətində Maykl Olise dubla imza atıb. Luis Dias, Rafael Qerreru, Harri Keyn və Leon Qoretzka isə hərəyə bir dəfə fərqləniblər. "Volfsburq"un futbolçuları Kilian Fişer və Morits Yents avtoqol müəllifi olublar. Qonaqların yeganə qolunu isə Cenan Peyçinoviç vurub.
Bu qələbədən sonra "Bavariya" xallarının sayını 44-ə çatdıraraq turnir cədvəlinin zirvəsində mövqeyini qoruyub. Münhen klubunun ikinci pillədə qərarlaşan "Borussiya" üzərində üstünlüyü 11 xal təşkil edir.
"Volfsburq" isə 15 xalla 14-cü pillədə qərarlaşıb.
20:35
Almaniya Bundesliqasında 16-cı tur çərçivəsində “Borussiya”(Münhenqladbax) "Auqsburq"u qəbul edib.
İdman.Biz xəbər verir ki, oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 8-ci dəqiqədə Josef Skalli açıb. Kevin Diks 20-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. Haris Tabakoviç isə 36 və 61-ci dəqiqədə fərqlənib.
Bu qələbədən sonra “Borussiya” xallarını 19-a çatdıraraq turnir cədbəlində 10-cu pilləyə yüksəlib. "Auqsburq" isə 14 xalla 15-ci pillədədir.
