İngiltərə Kubokunda gözlənilmədən "Mançester Yunayted" öz meydanında "Brayton"a məğlub olub.
İdman.Biz xəbər verir ki, qarşılaşmada üç qol vurulub.
Oyunda hesabı qonaqlar açıb. 12-ci dəqiqədə Brajan Qruda hesabı açıb. 64-cü dəqiqədə Denni Uelbekin qolu ilə hesab 2:0 olub. Sesko 85-ci dəqiqədə qollardan birinin əvəzini çıxıb - 1:2. 89-cu dəqiqədə Şey Leysi "Mançester Yunayted"i azlıqda qoyub.
Digər oyunda "Norviç" "Yolsoll" komandasını qəbul edib və qarşılaşmada altı qol vurulub.
Hesabı meydan sahibləri 15 -ci dəqiqədə Jurasekin qolu ilə açıb. Daha sonra 24, 48 və 55-ci dəqiqədə Jovon Makamanın het-triki gəlib. 67-ci dəqiqədə Klarkın qolu ilə qonaqlar vurulan qollardan birinin əvəzini çıxıb. Yekun hesabı isə "Norviçin"dən Toni Springet 90+2-ci dəqiqədə müəyyənləşdirib.
Turun digər oyununda isə "Şeffild Yunayted" "Mansfild Taun"u qəbul edib. Oyunda yeddi qol vurulub. Matç qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.
"Suonsi" - "Vest Bromviç" oyununun əsas və əlavə edilmiş vaxtında qalib müəyyənləşməyib. Penalti seriyasında isə qonaqlar 6:5 hesabı ilə qələbə çalıb.
"Vest Hem" - KPR qarşılaşması ev sahibinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
21:35
İngiltərə Kuboku çərçivəsində "Hall Siti" və "Blekbörn" komandaları arasında keçirilən oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib.
İdman.Biz xəbər verir ki, penaltilər seriyasında "Hall Siti" 4:3 hesabı ilə qalib gəlib.
Digər oyun isə "Derbi Kaunti" və "Lids Yunayted" arasında keçirilib. Matçda hesabı 35-ci dəqiqədə "Derbi Kaunti"dən Diaz Brereton açsa da, komanda bu hesabı qoruya bilməyib. "Lids Yunayted" 55-ci dəqiqədə Uilfred Qnonto, 59-cu dəqiqədə Tanaka və 90+3-cü dəqiqədə Ceymis Castinin vurduğu qollarla qalib gəlib.
20:10
"Arsenal" klubu İngiltərə Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, London təmsilçisi kubokun 1/32 final mərhələsində “Portsmut”a qarşı keçirdiyi oyunda inamlı qələbə qazanaraq 1/16 finala yüksəlib.
Görüşün əsas qəhrəmanı Qabriel Martinelli olub. Braziliyalı hücumçu matçda üç dəfə fərqlənərək peşəkar karyerasında ilk het-trikini rəsmiləşdirib.
Oyunda hesabı üçüncü dəqiqədə “Portsmut”un oyunçusu Bişop açıb. Beş dəqiqə sonra “Portsmut”un oyunçusu Dozzel avtoqolla yadda qalıb. Martinelinin qolları isə 25, 51 və 72-ci dəqiqədə gəlib. 43-cü dəqiqədə “Arsenal”ın oyunçusu Madueke penaltidən fərqlənə bilməyib.
