Şotlandiyanın ikinci liqasında keçirilən oyunda baş hakim qeyri-adi qərarı ilə gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, hadisə "Edinburgh City" və "Stirling Albion" klubları arasında "Meadowbank" stadionunda keçirilən matçda baş verib.
Görüş boyu azarkeşlərdən biri tribunada səs-küy salaraq qayda pozuntuları törədib. Oyunun 86-cı dəqiqəsində isə baş hakim Coş Hey tribunaya yaxınlaşaraq həmin azarkeşə qırmızı vərəqə göstərib.
Bu addım digər azarkeşlər arasında təəccüb doğurub və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi baş verənlərə zarafatla yanaşıb, bəziləri isə hətta qərarın düzgünlüyünü yoxlamaq üçün VAR-dan istifadə etməyi təklif edib.
