İtaliya A Seriyası: “Latsio” avtoqolla qalib gəldi - YENİLƏNİR + VİDEO

Xəbərlər
11 Yanvar 2026 23:52
76
İtaliya A Seriyası: “Latsio” avtoqolla qalib gəldi - YENİLƏNİR + VİDEO

İtaliya A seriyasının 20-ci turunda "Verona" "Latsio"nu qəbul edib. Oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. 79-cu dəqiqədə "Verona"nun oyunçusu Viktor Nelsson avtoqolla yadda qalıb.

Qələbə sayəsində "Latsio" xallarını 28-ə çatdıraraq səkkizinci pilləyə yüksəlib. "Verona" isə 13 xalla 19-cudur.

20:17

İtaliya A seriyasının 20-ci turunun növbəti oyunynda “Fiorentina” dogma meydanda “Milan”ı qəbul edib.

İdman.Biz xəbər verir ki, matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qollar oyunun ikinci hissəsində qeydə alınıb. 66-cı dəqiqədə ev sahibinin heyətindən Pietro Komuzzo fərqlənib. “Milan”ın cavab qolunu isə 90-cı dəqiqədə Kristofer Nkunku vurub.

Bu qələbədən sonra “Milan” xallarını 40-a çatdıraraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Fiorentina” isə 14 xalla 18-cidir.

17:29

İtaliya A seriyasının 20-ci turunun növbəti oyun keçirilib.

İdman.Biz xəbər verir ki, “Leççe” öz meydanında “Parma”nı qəbul edib.

Oyunda hesabı qarşılaşmanın ilk dəqiqəsində ev sahibləri açıb. Komandasının qolunu vuran Nikola Stuliç olub. İkinci hissədə “Leççe” azlıqda qalıb. Oyunun 57-ci dəqiqəsində Lamek Banda qırmızı vərəqə alıb. İkinci qolu da ev sahibi vurub, amma öz qapısına. 64-cü dəqiqədə fərqlənən Tiyaqo Qabriyel olub. Parmanın ikinci qolu 72-ci dəqiqədə Mateo Pelleqrinidən gəlib. Oyunun uzatma dəqiqələrində "Leççe"nin heyətindən Kialonda Qaspar da qırmızı vərəqə alıb. Oyun 1:2 hesabı ilə başa çatıb.

Bu nəticədən sonra “Parma” xallarını 21-ə çatdıraraq 14-cü pilləyə yüksəlib. “Leççe” isə 17 xalla 16-cıdır.

İdman.Biz