Futbol üzrə Qazaxıstan milli komandasının və “Astana” klubunun qapıçısı Muhammedcan Seysen məzuniyyətini doğma yurdu Jambul vilayətində keçirir.
İdman.Biz xəbər verir ki, 26 yaşlı qapıçı yerli gənclərin iştirakı ilə keçirilən “Gök boru” yarışlarında iştirak edib.
Görüntülər futbol azarkeşləri və ölkənin tarixi ilə maraqlanan hər kəs üçün maraqla qarşılanıb.
Məlumat üçün əlavə edək ki, “Gök boru” türk xalqlarının qədim ənənələrinə söykənən milli idman növüdür. Onun başlanğıcı çöl həyatında qurd ovundan gəlir. Qədim türklər bu oyunu müharibə vaxtlarında evdə qalan gənclərin döyüş qabiliyyətini və at üzərindəki hünərlərini itirməməsi üçün praktik olaraq tətbiq edib. Qeyd edək ki, bu oyun hazırda canlı olaraq Qırğızıstan və Qazaxıstanda oynanılır.
