Kənan Piriç “Neftçi”dən ayrıla bilər.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, yeni baş məşqçi Yuri Vernidub Bosniya və Herseqovina yığmasının üzvündən narazıdır.
Cari mövsümdə bütün oyunları əvəz olunmadan keçirən 31 yaşlı qolkiperin çıxışı ukraynalı mütəxəssisi qane etmir.
K.Piriç qol buraxmadan keçirilən oyunların sayına görə bütün komandalardakı həmkarlarını qabaqlasa da, Y.Vernidub ondan daha çox şey gözləyir. Qurtarışlarının yetərli olmaması, müdafiə ilə kompakt oynaya bilməmək, ayaqla oyunda zəiflik, hücumların qurulmasında aktivliyin az olması təcrübəli mütəxəssisi narazı salır. Bu səbəbdən o, Ukraynadan başqa qapıçı gətirməyə çalışır.
Mövsümün startı ərəfəsində iki illik müqavilə bağlayan K.Piriç isə başqa qolkiper gətiriləcəyi halda “Neftçi”də qalmayacaq. O, məşqçinin qərarını bildiyi üçün yeni klub axtarışına başlayıb.
Bu qeyri-müəyyənliyə görə Rza Cəfərovun “Qəbələ”yə icarəyə verilməsi də yubanır. Y.Vernidub həmyerlisini gətirə bilməsə, millimizin üzvünə əsas heyətdə güvənəcək, K.Piriç isə Emil Balayevlə birlikdə ehtiyatda qalacaq.
Qeyd edək ki, klub braziliyalı sağ cinah oyunçusu Aleks Fernandeslə rəsmi şəkildə yollarını ayırıb.
10:42
“Neftçi” qış fasiləsində ilk ayrılığını rəsmiləşdirib.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, klub braziliyalı sağ cinah oyunçusu Aleks Fernandeslə rəsmi şəkildə yollarını ayırıb.
23 yaşlı futbolçu Rusiyanın “Baltika” klubundan Bakı təmsilçisinə icarə əsasında cəlb olunsa da, mövsüm üçün təqdim edilən iştirak ərizəsinə daxil edilməyib. Komandaya yeni baş məşqçi Yuri Vernidubun təyin olunması da bu qərarı dəyişməyib.
Nəticədə, icarə müddəti başa çatan Aleks Fernandes yenidən “Baltika”ya qayıdıb. Halbuki “Baltika” 2027-ci ilin yayına qədər müqaviləsi olan hücumameyilli futbolçunun “Neftçi”yə simvolik məbləğ qarşılığında transferinə razılıq vermişdi. Lakin braziliyalı futbolçu bir il ərzində komanda üçün faydalı ola bilmədiyindən, onun tam transferinə ehtiyac duyulmayıb.
